Waze – Sizdən Güc Alan Ağıllı Naviqator

Waze, naviqasiya xidmətidir. Fərqi isə istifadəçilərin daxil etdiyi məlumatlar əsasında naviqasiyanın daha da asan və məqsədəuyğun olmasıdır. Sloqanı da bu barədə çox şey deyir: Outsmarting Traffic, Together. Yəni məqsəd yol hərəkətində yaranan problemi birlikdə aradan qaldırmaqdır.

Necə işləyir: Adi naviqasiya kimi xəritəsindən istifadə etməklə yanaşı, siz digər istifadəçilərin daxil etdiyi məlumatları da görürsünüz. Məsələn, kameraları, qəzaları, polisləri, tıxacları, yol təmirlərini və s. Təbii ki, nə qədər çox istifadəçi olsa və məlumat girilsə, sistem o qədər effektiv işləyir.

Çətinliklər: Azərbaycan üçün danışsaq, dil dəstəyi yoxdur. Rus və Türk dillərinin olması müəyyən ölçüdə istifadəçi sayını artıra bilər.

Ümumi olaraq götürdükdə isə, nəqliyyat vasitəsindən istifadə edən birinin, məsələn, kamera barədə məlumatı avtomobil idarə edərkən girməyi təhlükəlidir. Nəzərə alsaq ki, məlumat daxil etməyiniz başqaları və gələcəkdə özünüz üçün xeyirlidir, bu məlumatları avtomobil idarə edərkən daxil edə bilməmək tətbiqin əskikliklərindəndir. Gələcəkdə bunu səslə məlumat daxil etmə mexanizmi ilə aradan qaldırmaq olar.

Tətbiq, iOS, Android Windows Phone əməliyyat sistəmləri üçün mövcuddur. Endirin, istifadə edin, həm özünüzə həm ətrafınıza kömək edin.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: