Archive

Monthly Archives: January 2014

Bu axşamımın qısa xülasəsi:
Müştəriyə Azərbaycansayağı münasibətlə, bizimkilərin qlobal brendi necə gözdən saldıqlarına şahid oldum. Bax. Robert’s Coffee. Çıxardığım dərs: Bizdə xidmət sahəsində nəsə gözləməyə çox var.
İçimdən bir səs, bunu lazımi yerə çatdırmalı olduğumu dedi. Yazdım, 3 saat keçməmiş cavab gəldi. Çıxardığım dərs: narazılığı bildirməklə, şikayət etməklə bir şey itirmərik. Nəticə gözlədiyimizdən də tez gəlir bəzən.
Qərblilərin işlərinə, problemə yanaşması çox fərqlidir. Burada yaşaya bilmədiyimiz məmnuniyyəti Avropa ilə doldurmaq lazımdır necəsə.